Türkiyə XİN Yəməndəki üsyançı "Ənsar Allah"ı pislədi
Yaraqlılar Qırmızı dənizdə Türkiyənin "Anadolu S" yük gəmisini raket atəşinə tutub

Türkiyə Xarici İşlər Nazirliyi Yəmən husilərinin 'Ənsar Allah" üsyançı hərəkatının Qırmızı dənizdə "Anadolu S" yük gəmisinə raket hücumunu pisləyib.
“Biz Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” yük gəmisinə husilərin raket hücumunu pisləyirik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.