İran Hörmüz boğazını bağlasa, böyük eskalasiya olacaq
Bunu ABŞ Dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində deyib

ABŞ Dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində bildirib ki, İran Hörmüz boğazını bağlamaq qərarına gəlsə, bu, təkcə ABŞ-dan deyil, digər ölkələrdən də reaksiya doğuracaq və böyük eskalasiya olacaq.
➖ABŞ Çini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırır;
➖İran ABŞ-ın İranın mülki nüvə proqramı ilə bağlı təklifini rədd edib. Bununla belə, ABŞ sabah mövzu ilə bağlı danışıqları bərpa etməyə hazırdır.