Abbas Əraqçi: İran nüvə proqramından əl çəkməyəcək
Bunu Iranın xarici işlər naziri ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıq zamanı bəyan edib

İranın xarici işlər naziri Stiv Uitkoffa deyib ki, İran nüvə proqramından əl çəkməyəcək.
Abbas Əraqçi ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla Omanda danışıqlar zamanı deyib ki, Tehran nüvə proqramını məhdudlaşdırmaq niyyətində deyil. Eyni zamanda, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yoxlamalar üçün öz nüvə obyektlərinə çıxış imkanı verməyə hazır olduğunu bildirib.
Bundan əvvəl ABŞ Prezidenti dəfələrlə vurğulamışdı ki, “İran nüvə silahı ideyasından əl çəkməlidir”.