XƏBƏRLƏR / Münaqişə

ABŞ Yəmənə hücum edib, 38 nəfər ölüb

Bu barədə yerli kanallar məlumat yayıb

ABŞ Yəmənə hücum edib, 38 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Yəmən ərazisinə hava hücumları nəticəsində azı 38 nəfər ölüb, onlarla insan yaralanıb.

    Bu barədə yerli kanallar məlumat yayıb.

    Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.

    Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.

    Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-ın hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.