İsrail təhlükəsizlik qüvvələri ölkənin cənubunda bəzi girovları azad edə bilib.
Bu barədə "Haaretz" qəzeti yazıb.
Nəşr azad edilənlərin sayını açıqlamayıb.
Beeri və İsrailin cənubundakı Ofakim şəhərində girovlar azad olunub .
Media daha əvvəl Beeridə HƏMAS hərəkatının 50-yə yaxın israillini yeməkxanada saxladığını bildirib. Həm Beeridə, həm də Ofakimdə girovlar da öz evlərində saxlanılırdı.