Minaya düşən şəxsin ayağı amputasiya olundu
Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib
Bu gün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.
Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.
Xatırladaq ki, Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra - 10 noyabr 2020-ci il tarixindən etibarən aralarında hərbiçilərin və dinc sakinlərin də olduğu 295 nəfər azərbaycanlı minaya düşüb. Onlardan 51 nəfəri ölüb, 244 nəfər xəsarət alıb.