BQXK xəstəliyə tutulan 16 ermənini Qarabağdan çıxardı
Bu barədə qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib
26 aprel tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 16 nəfərin Laçın yolu ilə keçərək Ermənistana təxliyə olmasına yardımçı olub.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
"Ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 47 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 353 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.
Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq",- deyə BQXK rəsmisi qeyd edib.