XƏBƏRLƏR / Münaqişə

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya Müdafiə Nazirliyi xəbər verib

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

    Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb.

    Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib.

    Rusiya MN-dən bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.