XƏBƏRLƏR / Münaqişə

Separatçı Abxaziyada vətəndaş qarşıdurması qızışır FOTO

Müxalifət Suxumda mühüm körpülərin və magistral yolların bağlandığını elan edib

Separatçı Abxaziyada vətəndaş qarşıdurması qızışır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Abxaziyada narahat gecə keçib. Müxalifət Suxumda mühüm körpülərin və magistral yolların bağlandığını elan edib və səkkiz üzvünün saxlanılmasından sonra dövlət təhlükəsizlik binasına soxulmağa cəhd edib.

    Abxaziyanın qondarma "prezidenti" müxalifət tərəfdarlarının iğtişaşlarına görə Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

    Bundan əvvəl bir qrup şəxs Suxum yaxınlığında Abxaziya parlamentinin deputatına hücum edib və 8 nəfər saxlanılıb. Bundan sonra tərəfdarlar məhbusları azad etmək qərarına gəlib və təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib.

    Qeyd edək ki, müxalif qüvvələr Abxaziyada Rusiya vətəndaşlarına və şırkətlərinə respublikada daşınmaz əmlak əldə etməyə icazə verən müqavilənin əlehinə çıxış edirlər.

    Müqavilə oktyabrın 30-da Moskvada imzalanıb və indi Abxaziya parlamenti tərəfindən ratifikasiya edilməlidir.
    Bu məsələyə noyabrın 15-də baxılması planlaşdırılırdı - bu gün müxalifət fəalları respublikada sazişin ləğvi tələbi ilə etiraz aksiyaları keçirmək niyyətində idilər.