XƏBƏRLƏR / Münaqişə

"Zəngəzura" görə İran və Rusiya arasında böhran dərinləşir

SEPAH-ın xəbər agentliyi Zəngəzur dəhlizinə dair Moskvanın mövqeyini kəskin tənqid edib

"Zəngəzura" görə İran və Rusiya arasında böhran dərinləşir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Tasnim" xəbər agentliyi Moskvanın mövqeyini kəskin tənqid edən “Rusiyaya mesaj - Zəngəzur dəhlizi baş tutmayacaq” başlıqlı uzun məqalə dərc edib.

    Nəşr yazır ki, Zəngəzur dəhlizi NATO-nun (!?? - ANSPress) Cənubi Qafqaza qəbuledilməz nüfuzuna çevriləcək. Bundan əlavə, agentlik Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı onunla çiyin-çiyinə dayanıb və hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək ağlasığmazdır.

    Qeyd edək ki, İran Azərbaycanın qərbindən Ermənistan ərazisindən Naxçıvana gedən yol əlehinə 1001 səbəb gətirsə də, məsələyə dəxli olmayan NATO blokunun adı ilk dəfədir ki, çəkilir. 

    İran - istedadsız aşıq kimi - sözü qurtaranda, NATO-NATO deyər...