XƏBƏRLƏR / Münaqişə

Rusiya-İran-Türkiyə xarici işlər nazirlərinin Suriya görüşü

Qatarın paytaxtı Dohada Suriya üzrə üçtərəfli görüş keçirilir YENİLƏNİB/FOTO

Rusiya-İran-Türkiyə xarici işlər nazirlərinin Suriya görüşü
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 18:05

    Doha Forumunda çıxış edən Lavrov bildirib ki, Rusiya Suriya hökumətini dəstəkləyəcək və eyni zamanda müxalifətlə dialoqun tərəfdarı olacaq.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, müxalifətin Suriyaya hücumu “diqqətlə və uzun müddət planlaşdırılıb” və bu ölkədə qüvvələr balansını dəyişmək cəhdidir.

    ***

    17:48

    Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib ki, bu isə məsələ ilə bağlı əvvəlki fikir ayrılıqları fonunda xüsusilə vacib idi.

    17:30

    İranın xarici işlər naziri Abbas Araqçı danışıqlardan sonra: Suriyada qanuni müxalifətlə (? - ANS Press) siyasi danışıqlar başlamalıdır. 

    -  İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında Astana Qrupunun çox yaxşı görüşünü keçirdik. Görüşün sonunda onu BMT Baş Katibinin xüsusi nümayəndəsi cənab Pederson da müşayiət edib.
    -  Suriyadakı çox ciddi aktual məsələlər müzakirə edildi və bütün iştirakçılar münaqişələrin dərhal dayandırılması, Suriyanın ərazi bütövlüyü və suverenliyinə və BMT-nin qətnamələrinə hörmət edilməli olduğuna dair razılığa gəldilər.
    -  Ən önəmlisi Suriya hökuməti ilə qanuni müxalifət qrupları arasında siyasi danışıqlara başlamaqdır.
    -  İclasın tələbləri bunlar idi və qərara alındı ​​ki, bu məsələ ilə bağlı Suriya hökuməti ilə məsləhətləşək. Rusiya da Suriya hökuməti ilə məsləhətləşməli idi.

    17:00

    Dohada keçirilən görüşdən sonra Rusiya Federasiyası, İran və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Suriya hakimiyyəti ilə qanuni (?! - ANS Press) müxalifəti dialoqa çağırıblar.

    - dövlətə məxsus RİA Novosti

    ***

    Qatarın paytaxtı Dohada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə görüşü başlayıb. Görüş Astana formatı nazirləri çərçivəsində keçirilir.

    Görüş mətbuatsız, bağlı qapılar arxasında keçirilir.

    Daha sonra nazirlərə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin də qoşulacağı gözlənilir.

    ARAYIŞ: 2011-ci ildən Suriyada silahlı qarşıdurma davam edir. Astana formatı kimi tanınan Astanada danışıqlar 2017-ci ildən davam edir. Astana formatına Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi Rusiya, İran və Türkiyə, həmçinin Suriya hökuməti və müxalifətinin, BMT-nin və müşahidəçi ölkələr - İordaniya, Livan və İraqın nümayəndələri daxildir.