XƏBƏRLƏR / Münaqişə

Bu gün buraxılacaq israilli girovların sayı açıqlanıb

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailin cənub regionuna hücum edib, nəticədə 1200 nəfər qətlə yetirilib, 244 nəfər girov götürülüb

Bu gün buraxılacaq israilli girovların sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müvəqqəti atəşkəs çərçivəsində HƏMAS-ın sərbəst buraxacağı israilli girovların sayı açılanıb.

    HƏMAS davam edən müvəqqəti atəşkəs razılaşması çərçivəsində bu gün daha 14 israilli girovu azad edəcək.

    İsrail rəsmiləri bunun müqabilində 42 fələstinli məhbusun razılaşmaya əsasən eyni gün azad ediləcəyini bildirib.

    Qeyd edək ki, İsraillə müvəqqəti atəşkəs şərtlərinə uyğun olaraq noyabrın 24-də HƏMAS 13 israilli girovu azad edib, eyni gündə 10 Tailand vətəndaşı da sərbəst buraxılıb.

    Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailin cənub regionuna hücum edib, nəticədə 1200 nəfər qətlə yetirilib, 244 nəfər girov götürülüb.