XƏBƏRLƏR / Münaqişə

Dağıstanda polislə silahlılar arasında atışma olub, ölən var

Bu barədə Rusiya Milli Antiterror Komitəsi xəbər yayıb

Dağıstanda polislə silahlılar arasında atışma olub, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Milli Antiterror Komitəsi (MAK) martın 5-nə keçən gecə Mahaçqalada “Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk şəhərindəki regional idarəsinin obyektində terror aktı törətməyi planlaşdıran dörd quldurun zərərsizləşdirildiyi” əməliyyatı elan edib.

    Ölənlərin üzərində, eləcə də hazırladıqları saxlanc yerində “qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və sursatlar” olub.

    “Mövcud məlumatlara görə, dəstənin fəaliyyətini İŞİD üzvləri koordinasiya edib”, - məlumatda deyilir.

    Mahaçqalanın Kirov rayonunun Semender kəndində bir neçə saatlıq antiterror əməliyyatı rejimi tətbiq edilib.

    MAK-ın məlumatına görə, Mahaçqala sakinləri və əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almayıb.