XƏBƏRLƏR / Münaqişə

Çin Trampın tarif siyasətinə kəskin cavab verdi

Çin ABŞ-dan gələn kənd təsərrüfatı məhsullarına əlavə rüsumlar tətbiq edir

Çin Trampın tarif siyasətinə kəskin cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Xalq Respublikasının Ticarət Nazirliyi bildirib ki, Trampın tarif siyasətinə cavab olaraq Çin martın 10-dan etibarən ABŞ-dan gələn kənd təsərrüfatı məhsullarına əlavə rüsumlar tətbiq edəcək.

    15%-lik tariflər ABŞ-da toyuq, buğda, qarğıdalı və pambığa şamil olunacaq.

    Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsulları üçün 10% tarif var.

    Çin həmçinin 15 Amerika şirkətini də ixraca nəzarət siyahısına əlavə edib.