XƏBƏRLƏR / Münaqişə

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölü sayı 20-yə çatıb

YENİLƏNİB

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölü sayı 20-yə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:41

    Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

    Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqramda bildirib.

    "Təəssüf ki, bugünkü hücumun qurbanlarının sayı artıb. Hazırda 20 nəfərin öldüyü məlumdur", - o yazıb.

    ***

    13:44

    Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

    Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

    Məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

    ***

    11:25

    Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib.

    Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

    ***

    10:44

    İyulun 2-də Ukraynanın paytaxtı Kiyevə edilən hücum nəticəsində 86 nəfər yaralanıb, onlardan 13-ü ölüb. Xilasedicilər hələ də dağılmış yaşayış binalarının dağıntıları altında insanları axtarırlar.

    Bu barədə "RBC-Ukrayna" Ukraynanın Baş naziri Yuliya Svırıdenko və Kiyev meri Vitali Kliçkonun paylaşımına istinadən məlumat yayıb.

    Hazırda paytaxtda 13 ölüm hadisəsi qeydə alınıb. Yaralıların ümumi sayı 86-ya çatıb.

    Yaralılardan yetmiş nəfəri xəstəxanaya yerləşdirilib.