Avropa İttifaqı “Google”u 890 milyon avro cərimələyib
“Google”da qayda pozuntuları olub
Avropa İttifaqı rəqəmsal bazar qaydalarını pozduğuna görə “Google” şirkətini ümumilikdə 890 milyon avro məbləğində cərimələyib.
Cərimənin 460 milyon avroluq hissəsi şirkətin axtarış sistemində öz xidmətlərinə üçüncü tərəf platformaları ilə müqayisədə üstünlük verməsi ilə bağlıdır.
Avropa Komissiyasının qənaətinə görə, “Google” idman nəticələri, tərcümə xidmətləri, eləcə də hotel, restoran, aviareys və dəmir yolu marşrutlarının axtarışı kimi xidmətləri sorğu nəticələrində xüsusi vizual elementlər, filtrlər və yuxarı sıralarda yerləşdirməklə üstün mövqedə təqdim edib. Bu isə Rəqəmsal Bazarlar Aktının (DMA) şəffaf, ədalətli və ayrı-seçkilikdən uzaq reytinq tələblərinə zidd hesab olunub.
Cərimənin 430 milyon avroluq hissəsi isə “Google Play” tətbiqindəki qayda pozuntularına görə tətbiq edilib. Komissiyanın mövqeyinə görə, tətbiqin tərtibatçıları istifadəçilərin daha sərfəli alternativ alış imkanları barədə məlumatlandırılmasına və onları digər satış kanallarına yönləndirilməsinə mane olur.
“Google” şirkətinə bu pozuntuları aradan qaldırmaq üçün 60 gün vaxt verilib. Əks halda şirkətə illik qlobal dövriyyəsinin 5 faizinədək cərimələr tətbiq oluna bilər.
1 dəqiqə