XƏBƏRLƏR / Münaqişə

Qranadada keçiriləcək sammitdə sülh sazişi imzalanmayacaq

Bunu Ermnistanın baş naziri Nikol Paşinyan söyləyib

Qranadada keçiriləcək sammitdə sülh sazişi imzalanmayacaq
N.Paşinyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, saziş bağlamaq planı yoxdur.

    O, bunu jurnalistlərə açıqlamasında söyləyib.

    N.Paşinyan qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

    “İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.

    İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.

    Qeyd edək ki, Üçüncü Avropa Siyasi Birliyinin Zirvəsi 5 oktyabr 2023-cü ildə İspaniyanın Qranada şəhərində keçiriləcək.