XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 17-si saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.