
19:43
İran Atom Enerjisi Təşkilatı Natanz nüvə kompleksində radiasiya sızıntısı olduğunu bildirib.
Bu barədə İsrailin 12-ci kanalı agentliyin bəyanatına istinadən bildirib.
"Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb", - agentlik bildirib.
Qurum həmçinin narahatlıq üçün səbəb olmadığını deyib. Təşkilatın məlumatına görə, obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək.
***
13:56
İsrail ordusu İranın Natanz vilayətində yerləşən uranın zənginləşdirilməsi ilə məşğul olan nəhəng obyektinə zərbələr endirib.
Bu barədə ordunun “Telegram” kanalında məlumat yayılıb.
Bildirilib ki, kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat nəticəsində tikilinin yerin altında olan və külli-miqdarda sentrifuqaların saxlandığı, o cümlədən elektrik enerjisi generatorlarının yerləşdiyi obyektləri zədələnib.
Eyni zamanda, fasiləsiz fəaliyyəti təmin edən infrastruktura və obyektin işinə ciddi ziyan dəyib.