Moskvaya PUA hücumu
Moskvaya kütləvi PUA hücumu haqda şəhər meri Sergey Sobyanin məlumat verib
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 14 mart günortadan bəri Moskvaya yaxınlaşarkən ən azı 64 dron vurulub.
Gün ərzində o, sosial mediada bir neçə dəfə Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemlərinin Moskvaya doğru uçan dronları məhv etdiyi barədə qısa məlumat verib. Mer hücumların nəticələri barədə ətraflı məlumat verməyib.
Rosaviasiya (Federal Hava Nəqliyyatı Agentliyi) şənbə günü ərzində Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.
1 dəqiqədən az