XƏBƏRLƏR / Münaqişə

Müctəba Xamenei Rusiyada müalicə alır? Moskva şərh vermir

Bu barədə "Al Jarida" qəzeti məlumat yayıb YENİLƏNİB

Müctəba Xamenei Rusiyada müalicə alır? Moskva şərh vermir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:44

    Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.

    Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.

    “Biz bu cür xəbərlərə şərh vermirik”, - Kremlin sözçüsü bildirib.

    Qeyd edək ki, Küveyt mediası Müctəba Xameneinin Moskvada Prezident Administrasiyasının xəstəxanalarından birində müalicə alması barədə məlumat yayıb.

    ***

    10:34

    "Al Jarida" qəzetinin məlumatına görə, Müctəba Xamenei Rusiyada müalicə alır.


    İranın yeni Ali Liderinə yaxın bir mənbə "Əl Cəridə"yə bildirib ki, Müctəba Xamenei sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar olaraq yüksək məxfilikli əməliyyatla Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb. Gəldikdən sonra o, uğurlu əməliyyat keçirib və hazırda özəl klinikada müalicə alır.

    Qəzetin məlumatına görə, yeni Ali Liderin ilk çıxışını Laricani yazıb və Xameneiyə qarşıdan gələn çıxış barədə belə məlumat verilməyib. Onun ictimaiyyət qarşısında olmaması və çıxışın səs yazısının olmaması bu şübhələri daha da gücləndirir.

    Qeyd edək ki, Vaşinqton İranın Ali Lideri Müctəba Xamenei haqqında məlumat verənə 10 milyon dollar mükafat təklif edir