XƏBƏRLƏR / Münaqişə

İsrail Təbriz ətrafında hərbi bazalara zərbələri davam edir

Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb YENİLƏNİB/FOTO

İsrail Təbriz ətrafında hərbi bazalara zərbələri davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:50

    Təbriz hava limanından son görüntü.

    İsrail Təbriz ətrafındakı hərbi bazalara zərbələri davam edir. Fotoda SEPAH-ın Təbriz yaxınlıqdakı raket bazası yanır.

    Təbrizdə raket yanacağı anbarının vurulduğu bildirilir.

    İran mediası Tehranın Merhab və İmam Xomeyni hava limanlarının atəşə tutulması ilə bağlı xəbərlər yayıb.

    ***

    14:43

    İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.

    İsrailin Təbriz şəhərinə endirdiyi zərbələr nəticəsində azı 5 mülki şəxs ölüb, 12 mülki şəxs yaralanıb.

    Bu barədə İsrailin 12-ci kanalına istinadən xəbər verir.

    İran Hərbi Hava Qüvvələrinin Təbrizdəki aviabazasına, İran İnqilabı Keşikçiləri Korpusunun Şirazdakı raket zavoduna, Borucerddəki raket və hərbi texnika anbarına zərbələr endirilib.

    ***

    14:03

    İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.

    Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, İsrail Təbriz aeroportuna zərbə endirib.