XƏBƏRLƏR / Münaqişə

Ukrayna Rusiyanın 700 mln $ xüsusi təyyərələrini vurdu

Bu təyyarə hava məkanında Rusiya Hərbi Hava Qüvvələrinə üstünlük təmin edirdi

Ukrayna Rusiyanın 700 mln $ xüsusi təyyərələrini vurdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna Müdafiə Qüvvələrinin Azov dənizi üzərində vurduğu A-50 havadan erkən xəbərdarlıq və idarəetmə (AWC) təyyarəsi ruslar üçün çox qiymətlidir. Ukrayna mediası yazır ki, o, Ukraynanın kütləvi atəşə tutulması zamanı müşahidəçi kimi işləyir və ən azı 330 milyon dollar qiyməti var.

    Amma modernləşdirilmiş versiyanın dəyəri 500 milyon dollardır və bu halda Rusiyanın 750 milyon dollara başa gələn kreyseri “Moskva”dan sonra tammiqyaslı müharibədə ən bahalı itki ola bilər.Bu təyyarə hava məkanında Rusiya Hərbi Hava Qüvvələrinə üstünlük təmin edirdi. 

    A-50 uzaq mənzilli hava hədəflərini aşkarlaya bilən, qanadlı və ya ballistik raketlərin buraxılışını və hava hücumundan müdafiə sisteminin işini görə bilən radar sistemi ilə təchiz olunub. Rusiya bu təyyarədən, xüsusən də Ukraynanın hava hücumundan müdafiə vasitələrini müəyyən etmək və onlarla mübarizə aparmaq üçün istifadə edib. Bu məqsədlə o, Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumları zamanı havaya qalxıb.

    Bu arada, rusiyalı Z-bloggerlər İl-22M-nin Rusiya hava hücumundan müdafiə vasitələrinin hücumuna məruz qaldığını və yaralıların olduğu təyyarənin Anapaya uğurla eniş etdiyini bildirir. Z-kanalı “Rıbar” yazır ki, itkilərə görə Rusiya hava hücumundan müdafiə sistemi günahkar ola bilər.

    Kremldə isə hər hansı Rusiya təyyarəsinin Ukrayna qüvvələri tərəfindən vurulması barədə məlumat yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Rusiya Silahlı Qüvvələrinə məxsus Rusiyaya məxsus A-50 və İl-22 təyyarələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.