İsrail ordusu bu gecə Livanda quru əməliyyatlarına başlayıb
Bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb FOTO
İsrail ordusu Hizbullaha qarşı Livanda quru əməliyyatlarına başlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha qarşı məhdud quru əməliyyatlarına başlayıb.

İsrail Müdafiə Qüvvələri qoşunların əraziyə yeridilməsindən əvvəl “təhdidləri aradan qaldırmaq”üçün kütləvi hava hücumları və artilleriya atəşi həyata keçirdiyini bildirib.
İsrail ordusunun sözçüsü rəsmi olaraq Livanın cənubunda hədəfli quru əməliyyatının başladığını elan etdi.
"Son günlərdə 91-ci diviziyanın qüvvələri cəbhə müdafiə zonasını genişləndirmək məqsədi ilə Livanın cənubundakı əsas hədəflərə qarşı hədəfli quru əməliyyatına başladı.

Bu əməliyyat, terror infrastrukturunun məhv edilməsini və ərazidə fəaliyyət göstərən terrorçuların aradan qaldırılmasını əhatə edən cəbhə müdafiəsinin yaradılması səylərinin bir hissəsidir.
Məqsəd təhdidləri aradan qaldırmaq və şimal sakinləri üçün əlavə təhlükəsizlik təbəqəsi yaratmaqdır", - deyə bəyanatda bildirilir.
Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı qətiyyətlə hərəkət edəcək.
1 dəqiqə