XƏBƏRLƏR / Münaqişə

Rusiya Zaporojye vilayətinə zərbə endirib

Ölən və yaralanan var

Rusiya Zaporojye vilayətinə zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sentyabrın 8-dən 9-na keçən gecə Ukraynanın Primorsk və Zaporojye şəhərlərini hücuma məruz qoyub.

    Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

    Onun sözlərinə görə, hadisə nəticəsində 64 yaşlı qadın həlak olub, 66 yaşlı daha bir qadın isə yaralanıb.

    Qeyd olunub ki, gün ərzində Rusiya tərəfi vilayətin 14 yaşayış məntəqəsinə ümumilikdə 474 zərbə endirib.