Şuşa yolunda həlak olan mülki şəxslərin FOTOsu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.