XƏBƏRLƏR / Münaqişə

ABŞ qayığı Hind okeanında İran gəmisini batırıb, 101 itkin

79 yaralı Şri-Lankanın Qalle şəhərindəki Milli Hospitala yerləşdirilib YENİLƏNİB

ABŞ qayığı Hind okeanında İran gəmisini batırıb, 101 itkin
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:25

    ABŞ ordusu Şri-Lanka sahillərində İran hərbi gəmisinə zərbə endirib - Bu barədə üç rəsmi Reuters agentliyinə bildirib.
    Daha əvvəl xəbər verdiyimiz kimi, İran hərbi gəmisi Şri-Lanka sahillərində batıb.
    Şri-Lanka hakimiyyəti gəmidə olan 32 nəfəri xilas etdiyini və dənizdən bir neçə cəsədi çıxardığını bildirib.
    Şri-Lankanın Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələr gəminin sualtı qayıq tərəfindən hücuma məruz qaldığını və Şri-Lankanın Hind okeanı sahillərində baş verən hadisədə ən azı 101 nəfərin itkin düşdüyünü bildirib.

    ***

    15:14

    Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib.

    Reuters“  xəbər verir ki, nəticədə 101 nəfər itkin düşüb, 79 nəfər yaralanıb.

    Hələlik hadisənin detalları açıqlanmayıb.

    Bəzi mənbələr 30-dan çox insanın xilas edildiyini bildirir.

    Şri-Lankanın Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələr çərşənbə günü Reuters agentliyinə bildiriblər ki, Şri-Lanka sahillərində İran gəmisinə sualtı qayıq hücumu nəticəsində ən azı 101 nəfər itkin düşüb, bir nəfər ölüb, 79 nəfər yaralanıb.


    Mənbələrin bildirdiyinə görə, hazırda batdığı gəmiyə kimin hücum etdiyi məlum deyil.

    Şri-Lankanın Hərbi Dəniz Qüvvələrinin sözçüsü 101 nəfərin itkin düşməsi barədə xəbərin doğru olmadığını və hadisədə yaralanan 32 nəfərin Şri-Lankanın Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edildiyini və xəstəxanada müalicə aldığını bildirib.
    Şri-Lankanın xarici işlər naziri günün əvvəlində parlamentə bildirib ki, donanma gəmidən gələn təcili yardım çağırışına cavab verib və səhər saat 6:00-da (12:30 GMT) xilasetmə əməliyyatlarına başlayıb.
    "Hazırda bildiyimiz odur ki, 79 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb və onlardan biri ağır yaralanıb. Daha 101 nəfərin itkin düşdüyü və gəminin batdığı güman edilir", - deyə mediaya danışmaq səlahiyyəti olmadığı üçün adının çəkilməsini istəməyən Şri-Lanka donanmasının mənbəsi bildirib.


    Mənbələr xəstəxanaya gətirilənlərdən birinin öldüyünü bildiriblər.
    Xarici işlər naziri Vijitha Herat parlamentdə əlavə məlumat verməsə də, hərbçilərin gəmidə olan ən azı 30 nəfəri xilas etdiyini və Şri-Lankanın müvafiq tədbirlər görəcəyini bildirib.

    Yerli media gəminin Şri-Lankanın cənubundakı Qalle sahillərində qəzaya uğradığını və yaralıların şəhərdəki xəstəxanaya yerləşdirildiyini bildirib.