XƏBƏRLƏR / Münaqişə

Ərdoğan: Mümkün olan ən aydın xəbərdarlıqları edirik

Türkiyə Milli Müdafiə Nazirliyinin zərərsizləşdirilmiş ballistik raketlə bağlı bəyanatı yayılıb YENİLƏNİB/FOTO

Ərdoğan: Mümkün olan ən aydın xəbərdarlıqları edirik
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə ərazisinə yaxınlaşan İran raketi olayına şərh verib.

    Ərdoğan bildirib ki, regionumuz üçün bu çətin dövrlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini heç vaxt təsadüfə buraxmırıq.

    "Bugünkü hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə yaxından məsləhətləşirik, bütün lazımi tədbirləri görürük və dərhal tələb olunan tədbirləri həyata keçiririk. Həmçinin bu cür hadisələrin təkrarlanmaması üçün mümkün olan ən aydın xəbərdarlıqları veririk", - deyə Türkiyə prezidenti bildirib.

    ***

    16:01

    Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir:

    "İrandan atılan və İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət etdiyi aşkarlanan ballistik raket, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında zərərsizləşdirilib."

    Hatay əyalətinin Dörtyol rayonuna düşən raket parçasının havada məhv edildikdən sonra təhlükəni dəf edən hava müdafiə raketinə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.


    "Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir. Türkiyə regional sabitlik və sülhün tərəfində olsa da, kimdən və haradan gəlməsindən asılı olmayaraq, ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Ərazimizi və hava məkanımızı müdafiə etmək üçün hər addım qətiyyətlə və tərəddüd etmədən atılacaq. Sizə xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq" - bəyanatda deyilir.