XƏBƏRLƏR / Münaqişə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.