BQXK-nın avtomobilləri Laçın istiqamətinə gedib
Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 76-ci günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar. Saat 11 radələrində Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Dünən gün ərzində 40 avtomobilin aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətdə keçidi təmin olunub. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Azərbaycanlı ekofalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabr ayının 12-dən başlayıb.