Ukraynanın "Mi-8" hərbi helikopteri Poltava vilayətində dronların zərərsizləşdirilməsi zamanı qəzaya uğrayıb.
Bu barədə bu gün UNİAN Ukraynanın Lvov vilayətinin Brodi şəhər şurasına istinadən məlumat yayıb.
"30 iyun 2026-cı ildə düşmənin pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üzrə döyüş tapşırığını yerinə yetirərkən "Mi-8" helikopterinin heyəti həlak olub", - məlumatda bildirilib.
Məlumata görə, hadisə nəticəsində kapitan Yuri Voron, mayor Valentin Mukşinov, baş leytenant Boqdan Xmel və kiçik çavuş Mixail Deryaqanın da daxil olduğu bütün heyət həlak olub.
Rusiya güc strukturlarından TASS-a verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin ordu aviasiyasının 16-cı əlahiddə briqadasının helikopter eskadrilyasının şturman-pilotu Valentin Mukşinov Poltava vilayətində "Geran" zərbə dronlarının tətbiqi ilə Rusiya Ordusu tərəfindən öldürülüb.
1 dəqiqədən az