Vens də İslamabadda gedir
Daha əvvəl danışıqlarda yalnız ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirak edəcəyi açıqlanmışdı
Vitse-prezident Ceyms Devid Vens İslamabadda İranla danışıqların növbəti mərhələsində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
“Axios"un verdiyi məlumata görə, daha əvvəl danışıqlarda yalnız ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirak edəcəyi açıqlanmışdı. ABŞ nümayəndə heyətinin aprelin 20-si axşamı İslamabada çatması gözlənilir.
Qeyd edək ki, ikihəftəlik atəşkəs razılaşması aprelin 21-də bitir.
1 dəqiqədən az