Putin Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu barədə öz mənbələrinə istinadən "Bloomberg" xəbər verir
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı tələblərini sərtləşdirib və mənbələrə görə, potensial sülh müqaviləsinin bir hissəsi olaraq işğal olunmuş əraziləri geri qaytarmaq niyyətində deyil.
Moskva həmçinin Sumı və Xarkov vilayətlərinin işğal olunmuş ərazilərini bufer zonası kimi saxlamağa ümid edir və Donbas üzərində tam nəzarəti prioritet hesab edir.
Bloomberg-in məlumatına görə, Kreml Donetsk bölgəsindəki əməliyyatı 2026-cı ilin sonuna qədər başa çatdırmağı hesablayır, baxmayaraq ki, bəzi hərbi rəsmilər 2027-ci ili daha real sayırlar.
Bu sərt mövqenin səbəbləri arasında ABŞ-ın yeni sanksiya təşəbbüsləri və Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələri göstərilir.
1 dəqiqədən az