ABŞ-la İranın silahlı qarşıdurması davam edir
Tərəflər bir-birinə raket və dron zərbələri endiriblər
Mərkəzi Komandanlıq (CENTCOM) bildirib ki, İrana gecə zərbələri İranın hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raketlərini və dron buraxılış infrastrukturunu hədəf alıb.
Cəmi 80 hədəfə hücum edilib. ABŞ İranın atəşkəsi pozduğunu və "onun təcavüzünün əsassız olduğunu" bildirib. İran xəbər kanalı IRIB-in məlumatına görə, partlayış səsləri Qeşm, Sirik və Bəndər Abbas liman şəhərlərində və digər yerlərdə eşidilib.
Cavabında SEPAH Bəhreyn və Küveytdəki 85 ABŞ hərbi obyektinə zərbələr endirdiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və hava qüvvələri Yaxın Şərqdəki 85 ABŞ hərbi obyektinə raket və dronlarla hücum edib.
SEPAH-ın məlumatına görə, zərbələr Küveytdəki Əli əl-Salem hava bazasına və Bəhreynin Salman limanındakı ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasına yönəlib. ABŞ-ın MQ9 pilotsuz təyyarəsinin də vurulduğu bildirilir.
SEPAH bu hücumların ABŞ-ın dünən gecə İslam Respublikası ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Bu hadisələrə rəğmən neftin qiyməti artağa başlayıb.
1 dəqiqə