Malidə üsyançılar Rusiya helikopterini vurub: heyət ölüb
Tuareq üsyançıları Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"nu mühasirəyə alıb YENİLƏNİB/FOTO
15:14
Əlcəzairlə sərhəd yaxınlığındakı Malidə Tuareq üsyançıları Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"na (əvvəllər Vaqner Qrupu) məxsus Mi-24 helikopterini vurub.


Məlumata görə, helikopterdə olan bütün qrup həlak olub. Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyətlə bağlı şərh verməyib.
***
11:39
Malinin şimalında "Azavad Azadlıq Cəbhəsi"nin Tuareg üsyançılarının Mali ordusu və Rusiya "Afrika Korpusu" tərəfindən saxlanılan hərbi bazanı mühasirəyə aldığı Anefis şəhəri üçün şiddətli döyüşlər ikinci gündür davam edir.
Şahidlərin sözlərinə görə, şəhər minaatanlardan atəşə tutulub və pilotsuz təyyarələrdən zərbələr endirilib. Yerli mənbələrin bildirdiyinə görə, üsyançılar şəhərin əksər hissəsinə nəzarəti ələ keçiriblər, lakin hərbi baza Mali və Rusiya qüvvələrinin nəzarəti altında qalır.
Artıq əraziyə Qao şəhərindən əlavə qüvvələr göndərilib. Eyni zamanda “Əl-Qaidə” ilə əlaqəsi olan “Cama Nüsrət ül-İslam və əl-Muslimin” (JNİM) qruplaşması Malinin mərkəzi və cənubundakı hərbi hədəflərə silsilə hücumlar təşkil etdiyini açıqlayıb.
Öz növbəsində Mali ordusu hücumları dəf etdiyini və yaraqlıların xeyli itki verdiyini bildirib.
“Afrika Korpusu” Rusiyanın Afrikadakı hərbi və iqtisadi maraqlarını qorumaq üçün 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlində Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə yaradılmış Rusiya hərbiləşdirilmiş birləşməsidir. O, əvvəllər orada işləyən Vaqner qurğularını əvəz edib.
1 dəqiqə