Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçdi
Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 77 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Rusiya sülhməramlılarına məxsus bir minik, 14 təminat-təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.