Rusiya Ukraynada yaşayan azərbaycanlılara zərbə endirib
Kramatorsk şəhərinə hücum nəticəsində şəhərdə yaşayan azərbaycanlıların əmlakına ziyan dəyib
Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərinə hücumu nəticəsində şəhərdə yaşayan azərbaycanlıların əmlakına ziyan dəyib.
Report xəbər verir ki, Kramatorskdakı Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovun əmlakına ciddi ziyan dəyib.
Onun 500 kvadratmetrlik ticarət mərkəzi və nəqliyyat vasitələri raket zərbələri və dron hücumları nəticəsində tamamilə məhv edilib.
Bundan əlavə, hava hücumlarında 1960-cı il təvəllüdlü İsmayılov Niyyətulla yaralanıb, evinə və avtomobilinə ciddi ziyan dəyib.
Həsən Məmmədovun evinə də ziyan dəyib.
Kramatorsk müntəzəm olaraq atəşə tutulur.
1 dəqiqədən az