XƏBƏRLƏR / Münaqişə

İranda ölən və yaranan mülki əhalinin sayı açıqlanıb

Bu barədə İrandakı İnsan Haqları Fəalları (HRANA) təşkilatı məlumat yayıb

İranda ölən və yaranan mülki əhalinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda 1097 mülki şəxs öldürülüb, 5402 nəfər yaralanıb: İrandakı İnsan Haqları Fəalları (HRANA)

    ABŞ-da yerləşən İnsan Haqları Xəbər Agentliyi 28 fevraldan bəri İranda 1097 mülki şəxsin öldürüldüyünü bildirir.

    Agentliyin məlumatına görə, bunlardan 181-i 10 yaşdan kiçik uşaqlardır. Yaralanan mülki şəxslərin sayı 100-ü uşaq olmaqla 5402-yə çatıb.

    Təşkilat qeyd edir ki, təkcə son 24 saat ərzində İranda ən azı 104 zərbə endirilib. Zərbələr hərbi bazalara, tibb mərkəzlərinə və yaşayış məntəqələrinə dəyib.