İran Hörmüz boğazını yenə bağladı
Bu barədə İranın "Hatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının bəyanatında deyilir
İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib.
Bu barədə İranın "Hatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi İbrahim Zülfüqarinin bəyanatında deyilir.

"Bu strateji əhəmiyyətli boğaz silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır. Daha əvvəl danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, İran İslam Respublikası vicdanla məhdud sayda neft tankerlərinin və ticarət gəmilərinin Hörmüz boğazından tənzimlənən rejimdə keçməsinə icazə verməyə razılaşıb. Təəssüf ki, vədlərini dəfələrlə pozan amerikalılar dəniz quldurluğunu davam etdirirlər", - məlumatda qeyd olunub.
1 dəqiqədən az