XƏBƏRLƏR / Münaqişə

"Tehran sülh sazişinə razılaşmasa, "məhv ediləcək"

Bunu İranla danışıqlar üçün İslamabada nümayəndələrini göndərən Tramp "Truth Social"da yazıb

"Tehran sülh sazişinə razılaşmasa, "məhv ediləcək"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün İslamabada nümayəndələrini göndərir və Tehran sülh sazişinə razılaşmasa, "məhv ediləcəyi" ilə hədələyir.

    "İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəldi -  bu atəşkəs razılaşmamızın tamamilə pozulmasıdır! Atəş Fransa gəmisinə və Böyük Britaniya yük gəmisinə yönəlmişdi. Bu, çox da yaxşı deyildi, elə deyilmi?" - deyə o, "Truth Social"da yazıb.

    ABŞ Prezidenti razılaşma ləğv olunarsa, Vaşinqtonun İrandakı "hər bir elektrik stansiyasını və hər bir körpünü sökəcəyi" ilə hədələyir.