Husilər "Saudi Aramco" şirkətinin qərargahını hədəfə alib
Səudiyyə Ərəbistanının ən iri neft-qaz şırkətinin ofisinə ballistik raketlə zərbə endirilib
Husilərin hücumları nəticəsində "Saudi Aramco" şirkətinin qərargahına ciddi ziyan dəyib.
Yanğın binanın bir neçə mərtəbəsini əhatə edib. "Reuters" agentliyinin məlumatına görə, bəzi işçilər uzaqdan işə keçirilib. Bəzi funksiyalar şirkətin digər ofisləri arasında bölüşdürülüb.
Husi rəsmisi bildirib ki, beynəlxalq hava limanına və Ər-Riyaddakı "Aramco" şirkətinin neft emalı zavoduna da zərbə endirilib.
1 dəqiqədən az