Ukraynaya məxsus PUA Rusiyada çimərliyə düşüb: 7 ölü
Bu barədə Ukrayna mediası bildirir YENİLƏNİB
19:40
Gelencikdə dron hücumu nəticəsində daha bir nəfər həlak olub.
Regional əməliyyat qrupunun məlumatına görə, bununla da ölənlərin sayı yeddi nəfərə çatıb, onlardan üçü uşaqdır. Daha 40 nəfər yaralanıb.
***
17:04
Ukraynaya məxsus PUA Gelendjikdəki "NPO Mashinostroeniya" istirahət mərkəzində qəzaya uğrayıb.
"NPO Mashinostroeniya", qanadlı raketləri, raket-kosmik texnologiyaları, peyklər və digər hərbi sistemlərin hazırlanması ilə məşğul olan Rusiyanın müdafiə sənayesi şirkətidir.
Bu barədə Ukrayna mediası bildirir.
Rusiya mediasının məlumatına görə, Gelendjikdə PUA-nın qalıqlarının qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb, onlardan üçü uşaqdır.
1 dəqiqədən az