Moskva son iki ilin ən böyük dron hücumuna məruz qalıb FOTO
Kotelnikidəki "Dyuna" yaşayış kompleksinə ziyan dəydiyini iddia edir.
Dünən axşamdan bu səhər saat 7:30-a qədər Rusiyanın paytaxtı Moskvaya 637 Ukrayna dronunun uçduğunu Moskva meri Sergey Sobyanin açıqlayıb. TASS bunu son iki ilin ən böyük hücumu adlandırır.

Ukrayna monitorinq kanalları zərbələrin nəticələrinin videolarını yayımlayır və Moskvada tikilməkdə olan bina, Kotelnikidəki "Dyuna" yaşayış kompleksinə ziyan dəydiyini iddia edir. Moskva Neft Emalı Zavodu yaxınlıqda yerləşir və iyun hücumundan bəri fəaliyyəti ən azı altı ay dayandırılıb.
Hücumlar Moskva yaxınlığında “Likino-Dulevo” və “Orexovo-Zuevo” elektrik şəbəkələrində enerjinin kəsilməsinə, beləliklə, 5000-dən çox insanın və 46 sosial qurumun işıqsız qalmasına səbəb olub.

Qubernator Andrey Vorobyovun sözlərinə görə, Moskva vilayətində üç nəfər yaralanıb, onlardan biri on yaşlı qızdır və onun evinə dron düşüb.
Moskva vilayətinin Boqorodski rayonunda dron Atlant Parkdakı Wildberries anbarına dəyib. RWB mətbuat xidməti dağıntıların kompleksin divarına zərər verdiyini, anbarın özünə isə yalnız kiçik ziyan dəydiyini bildirib. Ukrayna mənbələri iddia edir ki, orada Ozon anbarına da hücum edilib.
1 dəqiqə