Ukrayna kəşfiyyatı Rusiyanın Büyük Desant Gəmisini batırdı

"Sezar Kunikov" gəmisinin göyərtəsində 87-yə qədər ekipaj üzvünün ola biləcəyi deyilir FOTO/VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ukrayna hərbi kəşfiyyatı böyük desant gəmisi "Sezar Kunikov"a hücumun videosunu dərc edib.

    Qeyd edilir ki, böyük desant gəmisi Magura V5 dəniz hücumu dronları tərəfindən hücuma məruz qalıb. Gəmi "liman tərəfində kritik deşiklər aldı və batmağa başladı".

    Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, “axtarış-xilasetmə əməliyyatı uğurlu olmayıb”.

    Qrup 13-ün xüsusi təyinatlıları Ukrayna hərbi qüvvələrinin dəstəyi ilə Alupka yaxınlığında Rusiyanın desant gəmisinə hücum edib. Bu məqsədlə Magura V5 dəniz pilotsuz təyyarələrindən istifadə edilib. Gəminin göyərtəsində 87-yə qədər ekipaj üzvünün ola biləcəyi dəqiqləşdirilir.