Husilər Ədən körfəzində Britaniya gəmisinə hücum ediblər
Bu barədə məlumatı Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Yəhya Səriyan verib

Husilər Ədən körfəzində Britaniyanın "Rubymar" gəmisinə hücumu təsdiqləyiblər
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, gəmi fəlakətli zədələnib və tamamilə dayanıb.
“Gəmiyə dəyən ciddi ziyan nəticəsində indi Ədən körfəzində batmaq təhlükəsi var.
Əməliyyat zamanı gəmi heyətinin gəmini təhlükəsiz tərk etməsini təmin etdik”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Saria bildirib ki, Hudeydada Yəmənin hava hücumundan müdafiə sistemləri Amerikanın MQ9 pilotsuz təyyarəsini vura bilib.
ABŞ Mərkəzi Komandanlığı Husilərin dronlardan istifadə etdiyini bildirib