XƏBƏRLƏR / Münaqişə

Böyük Britaniya Hörmüz boğazında hərbi missiyaya qoşulur

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib

Böyük Britaniya Hörmüz boğazında hərbi missiyaya qoşulur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya Hörmüz boğazında beynəlxalq hərbi missiyanı dəstəklədiyini açıqlayıb.

    Missiyanın bir hissəsi olaraq, London bölgəyə dronlar, Eurofighter Typhoon qırıcı təyyarələri və HMS Dragon esminesi yerləşdirməyi planlaşdırır.

    Böyük Britaniya Müdafiə Nazirliyi missiyanın "tamamilə müdafiə xarakteri daşıdığını" və əsas məqsədinin Hörmüz boğazında naviqasiyanı bərpa etmək olduğunu bildirir.