Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 1 il uzatdı
Məhdudlaşdırıcı tədbirlər 2025-ci il fevralın 24-dək qüvvədə olacaq

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb.
Avropa İttifaqının rəsmi jurnalı xəbər verir ki, Aİ Şurası Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların 2025-ci il fevralın 24-dək uzadılmasını təsdiqləyib.
“Qərar (məhdudlaşdırıcı tədbirlərin uzadılması) 2025-ci il fevralın 24-dək qüvvədə olacaq”, – jurnal qeyd edib.
Mətndə qeyd olunur ki, bu qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunduqdan bir gün sonra qüvvəyə minir.