XƏBƏRLƏR / Münaqişə

Ermənistan ordusu Daşkəsəni atəşə tutdu

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistan ordusu Daşkəsəni atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.