XƏBƏRLƏR / Münaqişə

"İran bu hekayənin sonunu yazacaq"

Bəyanatı Pezeşkian administrasiyası yayıb

"İran bu hekayənin sonunu yazacaq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Prezidenti Məsud Pezeşkianın administrasiyası bəyanat yayaraq, İranın cümə günü İsrailin zərbələri nəticəsində öldürülən hər bir fərdin qanının qisasını alacağını bəyan edib.

    Bəyanatda İsrailə istinad edilərək, “Belə vəhşi rejimlə deyil, gücün dili ilə danışmaq lazımdır” deyilir.

    “İran İslam Respublikası hökuməti bu andan etibarən qeyri-qanuni İsraili [təcavüzdən] peşman etmək üçün lazımi müdafiə, siyasi və hüquqi tədbirlərə başlayıb və israillilərə bir an belə dincəlməyə imkan verməycəyik.

    “İndi dünya İranın zənginləşdirmə, nüvə texnologiyası və raket gücü hüququnda israrını daha yaxşı başa düşür”.

    Bəyanatda deyilir ki, İran son 200 ildə heç vaxt müharibəyə başlamayıb, lakin özünü müdafiə etməkdən zərrə qədər də çəkinməyəcək. "Bu hekayənin sonunu İran yazacaq".

    İsrail cümə günü gecə saatlarında İranın paytaxtı Tehran və eləcə də İranın digər şəhərlərində və onun yaxınlığında silsilə hərbi zərbələrə başlayıb.

    İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami və digər hərbçi və mülki şəxslər Tehranda İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.