Tramp İrandan qeyd-şərtsiz təslim olmağı ələb edib
Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda İranın ali rəhbəri ayətullah Əli Xameneinin aradan götürülməsi ilə bağlı plan yoxdur, lakin o, İran liderindən qeyd-şərtsiz kapitulyasa tələb edib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
"Biz Ali Lider adlanan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu aradan götürmək fikrində deyilik, ən azı hələlik", - Tramp qeyd edib.
"Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını istəmirik. Səbrimiz tükənir", - Amerika lideri vurğulayıb.
"Qeyri-şərtsiz kapitulyasiya" - Tramp əlavə edib.